Xəbər lenti

Avtobus uçuruma yuvarlandı: 36 ölü - FOTO
Ölkə05:20 29.07.2013

Avtobus uçuruma yuvarlandı: 36 ölü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 36 nəfər həlak olub.

APA-nın məlumatına görə, təcili yardım xidmətinin nümayəndələri içərisində 40 nəfər olan avtobusun Neapol-Bari şosesində estakadadan aşdığını və 30 metr hündürlükdən uçuruma yuvarlandığını bildiriblər. Avtobus uçuruma yuvarlanmazdan əvvəl onlarla avtomobilə zərər yetirib. İlkin məlumata görə, avtobusun sərnişinləri Müqəddəs Padre Pio monastırından qayıdan zəvvarlar olub. Qəza zamanı yaralanan şəxslər yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onların hamısının vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın texniki səbəbdən, yoxsa sürücü səhvindən baş verdiyi məlum deyil.

Qaynar.info