Xəbər lenti

Avtobus və taksi sərnişinlərinin icbari qaydada sığortalanmasına DİN nəzarət edəcək
Ölkə17:16 25.01.2017

Avtobus və taksi sərnişinlərinin icbari qaydada sığortalanmasına DİN nəzarət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlham Əliyev “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli qanunun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən prezidentin “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli qanunun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli fərmanının 4.4-cü bəndində “avtomobil və” sözləri “ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri ilə əvəz edilib.(APA)

Qaynarinfo.Az