Xəbər lenti

Avtobusla avtomobil toqquşdu: xəsarət alan var - FOTO
Ölkə18:48 08.07.2015

Avtobusla avtomobil toqquşdu: xəsarət alan var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qaynar.info "Kəpəz TV"yə isitinadən xəbər verir ki, qəza saat 21:30 radələrində şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib. İçərisində sərnişinlər olan İSUZU markalı avtobusla "VAZ 2107" markalı minik maşını toqquşub.
Nəticədə VAZ markalı avtomobilin sürücüsü, 28 yaşlı Xaliq Yusifov xəsarət alıb və Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının ilkin rəyinə əsasən, qəzaya "VAZ 2107"-nin avtobusun yoluna çıxması səbəb olub.
Qaynar.info