Xəbər lenti

Avtobuslarda gediş haqları qalxa bilər
Ölkə08:06 30.04.2013

Avtobuslarda gediş haqları qalxa bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat Nazirliyi Azərbaycanda avtobuslarda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib.

Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. APA-nın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir qeyd edib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib.

Qaynar.info