Xəbər lenti

Avtobuslarda gediş haqqı gələn ilin əvvəli artırıla bilər
Ölkə06:20 10.05.2013

Avtobuslarda gediş haqqı gələn ilin əvvəli artırıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda avtobus sərnişin nəqliyyatında qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət olunub.

Trend-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov cümə axşamı jurnalistlərə açıqlamasında deyib:

"Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur. Reallıq belədir, indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır".

Nazirin sözlərinə görə, Tarif Şurası avtobuslarda gediş haqqının artırılmasına gələn ilin əvvəlində baxa bilər. Yəni bu ilin sonuna kimi avtobuslarda gediş haqqı artırılmayacaq.

Qaynar.info