Xəbər lenti

Avtobuslarda yeni dəyişiklik - VİDEO
Ölkə15:15 11.05.2015

Avtobuslarda yeni dəyişiklik - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Oyunları ilə bağlı nəqliyyat shəsində görülən işlər yekunlaşmaq üzrədir. ANS TV-nin məlumatına görə, oyunlara gedən yollarda təmir tikinti işləri başa çatıb, yol kənarları abadlaşdırılıb və oyun zolaqları çəkilib. Bir sıra marşurutların istiqaməti isə dəyişdirilib. Həmçinin şəhərdaxili nəqliyyatdan üçqapılı marşrutlar uzaqlaşdırılıb və onları daha kiçiktutumlu, ikiqapılı avtobuslar əvəz edib. 
Avropa Oyunları ərəfəsində dəyişikliklərin biri də avtobusların görüntüsündə oldu. Onların üzərindəki müxtəlif reklam və məlumatverici şəkillər sökülüb. Reklamların yerinə Avropa Oyunlarında keçiriləcək idman növlərinin şəkilləri və loqolar yapışdırılacaq. Bu işlərlə bağlı artıq sahibkarlara xəbədarlıq edilib. 
Nəqliyyat Nazirlitinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib ki, reklamların məqsədi Azərbaycanı dünyada tanıtmaqdır. 
Qeyd edək ki, oyunlarla bağlı 800-dən çox taksi,1200-dən çox avtobus sürücüsü hazırlanıb. Şəhərdaxili nəqliyyatda məhz bu sürücülər çalışacaqlar.
Qaynar.info