Foto 13:09 24.10.2022

Avtodayanacaq üçün ağacları kəsdilər, Baş Prokurorluğa şikayət olundu (FOTO)

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xətai rayonu, Sarayevo küçəsi, 22 saylı binanın arxasındakı ağacların kəsilməsi faktı aşkar edilib.

Qaynarinfo xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.