Xəbər lenti

Avtomobil ağaca çırpılıb yandı - ÖLƏN VAR
Ölkə06:05 21.12.2013

Avtomobil ağaca çırpılıb yandı - ÖLƏN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “Mercedes” markalı, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində avtomobildə olan 3 sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən, avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Abbasov Rəşid Şahin oğlunun meyiti isə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qaynar.info