Xəbər lenti

Avtomobil dərəyə aşdı: ölən var
Ölkə10:46 12.04.2014

Avtomobil dərəyə aşdı: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda “VAZ” markalı minik avtomobili dərəyə yuvarlanıb.

Nəticədə, sürücü avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub.

Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qaynar.info