Xəbər lenti

Avtomobil həvəskarlarından təqdirəlayiq addım (VİDEO)
Ölkə18:48 07.10.2018

Avtomobil həvəskarlarından təqdirəlayiq addım (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtomobil klublarının biri maraqlı layihə həyata keçirib.
Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkə üzərindən bir araya toplaşan klub üzvləri ayda bir dəfə görüşərək xeyriyyə aksiyasi təşkil edirlər. Onlar bir araya gələrək ehtiyacı olan insanlar üçün pul toplayırlar. Sonra da topladıqları vəsaiti həmin şəxsin ailəsinə təqdim edirlər.
Könüllü şəkildə edilən bu aksiyaya hər dəfə yeni-yeni insanlar qoşulur.
Görüşün sonunda isə toplanan vəsaitlər ehtiyacı olan insanlara çatdırılır. Bu dəfə yığılan məbləğ serebral iflic xəstəliyindən əziyyət çəkən 12 yaşlı Aydanın müalicəsi üçün onun ailəsinə verilib.
Klub üzvləri bundan sonra da belə aksiyalarını davam etdirəcəklərini bildirirlər.