Xəbər lenti

Avtomobil körpüdən aşdı, bir ailənin 5 üzvü ağır yaralandı
Ölkə10:06 01.11.2018

Avtomobil körpüdən aşdı, bir ailənin 5 üzvü ağır yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.