Xəbər lenti

Avtomobil körpüdən çaya düşdü, ölən var
Ölkə06:05 22.10.2013

Avtomobil körpüdən çaya düşdü, ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, Qax rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədov Xəlil Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı, 44 BJ 513 dövlət nömrə nişanlı avtomobillə Əyriçay çayının üzərindəki körpüdən keçərkən idarəetməni itirərək maşını aşırıb və avtomobil çaya düşüb. 

Nəticədə avtomobildə köməksiz vəziyyətdə qalan X. Məmmədov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır. 

Qaynar.info