Xəbər lenti

Avtomobil oğrusu atasının "Volqa"sını oğurladı -Bakıda
Ölkə10:06 23.01.2015

Avtomobil oğrusu atasının "Volqa"sını oğurladı -Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda atasının maşınını oğurlayan oğlan həbs edilib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mikayıl Məmmədova məxsus “VAZ-21063” markalı avtomobili qaçıran Bakı şəhər sakini Kamran Mürsəlov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 23-də atasına məxsus “QAZ-24” markalı avtomobili, habelə ötən il oktyabrın 16-da Bakı şəhər sakini İbrahim Salmanzadə ilə birgə Seyfulla Bədəlova məxsus “VAZ-2105” markalı avtomobili qaçırması da müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Salmanzadə də tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info