Bakıda avtomobil qaçırmış şəxs tutulub.
Qaynar.info. DİN-in saytına istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Bakı şəhər sakini Heydər Əkbərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış həmyerlisi Bəşarət Əsgərov tutulub.
Avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.
Qaynar.info