
Avtomobil dayanacağında baş vermiş insidentin kadrları yayılıb. Hadisə Böyük Britaniyanın Norfolk şəhərində baş verib.
Qaynarinfo.Az avtosfer.az-a istinadən bildirir ki, sürətlə gələn avtomobil yolu keçən üç nəfər piyadadan birini vurub. Avtomobilin zərbəsindən 30 yaşlı piyada bir neçə metr havada uçaraq yerə düşüb. Avtomobilin sürücüsü ikinci cəhddə yerə yıxılmış piyadanın üstündən keçib və sonra ərazidən uzaqlaşıb.
Zərərçəkən ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı araşdırma aparlılır.
Qaynarinfo.Az