Xəbər lenti

Avtomobil su kanalına düşdü
Ölkə05:30 21.06.2013

Avtomobil su kanalına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmazda avtomobil su kanalına düşüb. Avtobank.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin Şimal Regional Mərkəzinə “VAZ” markalı minik avtomobilinin Xaçmaz rayonu Qımılqışlaq kənd ərazisində su kanalına düşməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü yaralanıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xüsusi texnikanın köməkliyi ilə avtomobilin kanaldan çıxarılmasını təmin edib və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Avtobank.az