Xəbər lenti

Avtomobil traktora çırpıldı - Bir ailənin 3 üzvü yaralandı
Ölkə17:58 27.09.2016

Avtomobil traktora çırpıldı - Bir ailənin 3 üzvü yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.
Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Qaynarinfo.Az