Ölkə 19:37 19.11.2022

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq (XƏBƏRDARLIQ)

Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabr ayının 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt, Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.