Xəbər lenti

Avtomobilində yüksək səslə musiqiyə qulaq asdı - Həbs olundu
Ölkə 18:40 10.09.2025

Avtomobilində yüksək səslə musiqiyə qulaq asdı - Həbs olundu

Bakıda avtomobilində yüksək səslə musiqi dinləyən sürücü həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib. 

Belə ki, "Chevrolet" markalı, 90-YS-940 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 2001-cı ildə Tərtər rayonunda anadan olan B.H. idarə etdiyi avtomobildə yüksək səslə musiqiyə qulaq asdığı üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. 

Belə ki, sürücü gecə saat 21:00 radələrində yol polisi əməkdaşları ilə mübahisə edib, yüksək səslə səs-küy salaraq, onlara qarşı aqressiv hərəkətlər edib və polisin qanuni tələbinə qəsdən tabe olmamağa cəhd göstərib. 

Məhkəmənin hökmü ilə B.H. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 4 gün müddətinə inzibati qaydada həbs olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->