Xəbər lenti

Avtomobilini rəsmiləşdirmək üçün “Güvən” brokerə getdi,  makler 5400 manatını mənimsədi
Ölkə15:39 06.01.2023

Avtomobilini rəsmiləşdirmək üçün “Güvən” brokerə getdi,  makler 5400 manatını mənimsədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Güvən" broker xidmətinə  avtomobili gömrükdə rəsmiləşdirmək istəyən şəxsin 5400 manat pulunu mənimsəyən şəxs məhəkəmə zalından azadlığa buraxılıb. 
Qaynarinfo-nun məlumatına görə, İskəndər adlı şəxs Gürcüstandan aldığı "Ford Transit” markalı avtomobili gömrükdə rəsmiləşdirmək üçün Bakı Gömrük İdarəsinə yollanıb. Orda ona Qadir adlı şəxs yaxınlaşaraq, özünü ona gömrük işçisi kimi təqdim edib və maşını rəsmiləşdirməyə kömək edəcəyini bildirib.
Bundan sonra onlar "Güvən" broker xidmətinə gediblər. "Güvən" brokerdə İskəndərə məxsus "Ford Transit” markalı avtomobili gömrükdə rəsmiləşdirmək üçün ödəniləcək vəsaiti hesabalyıblar. 
İskəndər 2 iyun 2022-ci il tarixdə   Qadirə 5400 manat pul verib. Qadir isə həmin pulu onun yanında "Güvən" brokerin əməkdaşına verib və oradan  gedib.
5 iyun 2022-ci il tarixdə İskəndər avtomobili götürmək üçün yenidən gömrük idarəsinə gedib, lakin ona pulun köçürülmədiyini deyiblər. O, dərhal "Güvən" broker xidmətinə yollanıb, əməkdaşlardan bu barədə məlumat alıb. Həmin gün saat 14:00 radələrində Qadir "Güvən" brokerə gələrək pulu itirdiyini ona deyib, müxtəlif bəhanələr gətirərək, avtomobili bir neçə günə gömrükdən çıxardacağına dair söz verib. 
Qadir bildirib ki, gömrük komitəsinin rəhbərliyində yaxın adamları var və bu yolla ona köməklik edəcək. İskəndər isə Qadirin onun etibarından sui istifadə edərək pulunu dələduzluqla ələ keçirəsinə görə polisə məlumat verib.
Apraılan araşdırma zamanı o da məlum olub ki, Qadir "Güvən” broker şirkəti üçün makler işləyib. Şirkət ona hər müştəriyə görə 5 manat pul ödəyib. 
3 oktyabr 2022-ci il tarixdə Qadir şübhəli şəxs qismində saxlanılıb və iki gün sonra barəsində həbs qətimkan tədbiri seçilib. 
Qaradağ rayon Məhkəməsində Rufan Mürsəlovun sədrliyi ilə 5 yanvar 2023-cü il tarixində keçirilən məhkəmə prosesində qərar verilib ki, zərərçəkmişə dəymiş ziyanın 25%-i, yəni 1352 manat qaytardığı üçün Qadir barəsində həbs qətimkan tədbiri ləğv edilsin və iclas zalından azadlığa buraxılsın.
Qeyd edək ki, 1973-cü ildə Babək rayonunun Nehrəm kəndində doğulmuş Qadir uzun müddət Dövlət Gömrük Komitəsinin mühafizə xidmətində çalışıb.
Əhməd