Xəbər lenti

Avtomobillər toqquşdu: yaralılar var
Ölkə15:15 19.04.2013

Avtomobillər toqquşdu: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayonunda baş vermiş avtomobil qəzasında iki nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün Bakı-Qazax yolunun 389-cu kilometrliyində baş verib. Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Əkbər Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomaşın qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə ikinci maşının sürücüsü Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü Azər İsmayılov və onun sürücüsü Ceyhun Rüstəmov xəsarət alaraq Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb ötmə əməliyyatının düzgün həyata keçirilməməsi olub.