
Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb.
Qaynarinfo.Az AzərTac-a istinadən xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.
O bildirib ki, hava şəraiti Bakıdan gedən və Bakıya gələn avtobuslarda gecikmələrə də səbəb olmayıb.
Qaynarinfo.Az