
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Daşqın Məlikov bu gün Sumqayıtda mülki geyimli polislər tərəfindən saxlanılıb.
Avropa.info-nun əldə etdiyi məlumata görə, artıq bir neçə saatdır ki, onun hara aparılması ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, gənc fəal Daşqın Məlikov müxalifətin keçirdiyi aksiyalarda aktiv iştirak edib və AXCP üzvü bu aksiyalarda dəfələrlə saxlanılıb.