AXCP sədrinin müavini Gözəl Bayramlı və Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva Qəbələdə etirazla qarşılanıblar.
AXCP Qəbələ şöbəsinin müşavirəsində iştirak etmək üçün rayona ezam olunan G.Bayramlı və N.Atakişiyeva hələ iclas başlamamış, yerli fəallarla söhbət edərkən etirazçılar onları yumurta atəşinə tutub.
Bakıdan ezam olunan AXCP nümayəndələri qarşıdurma yaranmasın deyə tədbiri təxirə salıblar. Onları rayondan çıxana qədər polis işçiləri və mülki geyimlilər müşaiyət edib, təhlükəsizliklərini təmin ediblər.