Bu gün Ali Məhkəmədə həbsdə olan AXCP üzvü Asif Yusifli barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
"Qaynar" qafqazinfo-ya istinadən xəbər verir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarı ilə A.Yusiflinin məhkum edildiyi 6 il azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib.
Xatırladaq ki, Asif Yusifli 25 noyabr, 2014-cü ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir.
Qaynar.Az