Xəbər lenti

AXCP və “NİDA” üzvləri ilə bağlı Avropa Məhkəməsinə şikayət edildi
Ölkə07:41 10.07.2013

AXCP və “NİDA” üzvləri ilə bağlı Avropa Məhkəməsinə şikayət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan AXCP üzvü Daşqın Məlikov və “NİDA” Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında qərardan və bitərəf İlqar Rzayev barəsində olan hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə ayrı-ayılıqda şikayət göndərilib.

Bu barədə APA-ya Demokratiya və İnsan hüquqları Resurs Mərkəzinin sədri, vəkil Əsabəli Mustafayev məlumat verib. Hər bir iş üzrə dəymiş maddi və mənəvi ziyana görə 15 min manata qədər kompensasiya tələb olunub.

Qeyd edək ki, D. Məlikov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, narkotik vasitə saxlamaqda ittiham olunur.

R. Həsənovun barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. R. Həsənov isə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə) maddəsi ilə ittiham olunur.

Bakı sakini İ. Rzayev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinib.

Qaynar.info