Xəbər lenti

AXDG QSC-yə DSD İB-dən təklif
Ölkə09:31 19.07.2020

AXDG QSC-yə DSD İB-dən təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə, ayrı-ayrı mətbuat səhifələrində Bakıda metrostansiyalardan birinə, həmçinin orta məktəbə, şəhərin küçələrindən birinə şəhid general Polad Həşimovun adının verilməsi, qəhrəmanımızın abidəsinin qoyulması ilə bağlı yeni təkliflər verilir.
Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin üzvü olan və sosial şəbəkədəki eyni adlı qrupa üzv olan dənizçilərimiz yeni bir təklif irəli sürüblər. Dənizçilər təklif edir ki,  AXDG QSC-nin XDND və DND idarələrində eyni adla iki gəmi istismardadır. "Şahdağ” adlanan bu iki  gəmidən birinin adı dəyişdirilərək general Həşimovun yaxud Milli Qəhrəman M.İbrahimovun adı verilsin.
Gəmilər 2005 və 2019-cu illərdə alınmasına rəğmən istismar müddəti yetərincədir və doğma Xəzərdə, yaxud Dünyanın digər sularında qəhrəmanlarımız General P.Həşimovun adı ilə çağırılması şəhid generalın adının daha da əbədiləşməsi olardı.
AXDG QSC-nin təcrübəsində bu var. Gəmiçiliyin çox saylı gəmiləri respublikanın qəhrəman övladlarının, şəhərlərinin ədəbiyyat və sənət adamlarının adını daşımaqdadır.
Dənizçilərə Sosial Dəstək İctimai Birliyi bu təkliflə AXDG QSC-nin rəhbərliyinə müraciət edir.