Xəbər lenti

"Axırıncı 30 ton üzümü TIR-a yükləyib Azərbaycana göndərdik..."
Ölkə15:27 07.03.2018

"Axırıncı 30 ton üzümü TIR-a yükləyib Azərbaycana göndərdik..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Manisa vilayətinin Alaşehir qəsəbəsində "Çiftçilər” üzüm təsərrüfatında 2017-ci ildə hasil edilmiş üzümlər saxlandığı soyutma anbarından TIR-lara yüklənərək Azərbaycana göndərilib. Bura təxminən 30 ton "Redglobe” növünə aid məhsul daxildir.
Virtualaz.org xəbər verir ki, bu barədə türkiyəli fermer Fatih Çiftçi yerli KİV-ə verdiyi açıqlamada bildirib.
O, qeyd edib ki, başda Rusiya olmaqla, Ukrayna, Polşa, Almaniya, Səudiyyə Ərəbistanı, Qətər kimi 18 ölkəyə üzüm ixrac edirlər: "2017-ci ildə hasil etdiyimiz üzümün son partiyasını Azərbaycana yolladıq. Rusiya ilə yaranan təyyarə olayından sonra məhsulumuzun böyük hissəsini ixrac etdiyimiz Rusiya ilə qapılar bağlandı. Bundan sonra ixracatda gəlirlərimiz bir qədər azaldı. Amma problem aradan qaldırıldı və ticari əlaqələrimiz yenidən bərpa olunduğuna görə bu mövsüm çox yaxşı keçdi”.
Bozdağ təsərrüfatının sahibi Coşkun Bozdağ isə verdiyi açıqlamada ixracatda daxili bazarın da vacib olduğunu bildirib: "Rusiya ilə yaranan problemin həllindən sonra üzüm ixracatı ötən illə müqayisədə yüz faiz artdı. Bundan başqa, daxili istehlakı artırmaq üçün çalışdıq. Məktəblərdə bunla bağlı bir sıra layihələr həyata keçirdik. Xüsusilə gənclər arasında bu mədəniyyəti aşmağa çalışırıq. Hesab edirəm ki, daxili bazarı da genişləndirəcəyimiz təqdirdə üzüm ilə bağlı bütün problemlər həll ediləcək", - deyə fermer bildirib.