
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3 , gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 14-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info