Xəbər lenti

"Axşam.Az" 7 yaşını qeyd edir
Ölkə09:00 21.12.2019

"Axşam.Az" 7 yaşını qeyd edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Axşam.az (Axsam.az) portalının fəaliyyətə başlamasından 7 il ötür.
Qaynarinfo-nun məlumatına görə, "5 Media" şirkətinə məxsus olan Axşam.az bu müddət ərzində ölkənin ən populyar və etibarlı xəbər resurslarından birinə çevrilib.
Portal Azərbaycanda və dünyada baş verən maqazin, dəb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır.
Geridə qalan illər ərzində sayt böyük oxucu auditoriyasına yiyələnə bilib. Təsadüfi deyil ki, portal hazırda ölkənin ən çox oxunan internet resursları sırasındadır.     
Qeyd edək ki, "5 Media” şirkətinin nəzdində Axşam.az saytı ilə yanaşı Qol.az idman portalı da fəaliyyət göstərir.
"Qaynar Media" ailəsi olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!