Xəbər lenti

Ölkə 22:07 22.11.2025

"Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər"

Yanğın baş verən zaman binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı "Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılmışdı”.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri bir neçə gün əvvəl restoran əməkdaşları tərəfindən döyülən binanın ustası Yusif Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ətraflı

O bildirib ki, təxliyə qapısı vətəndaşların istifadəsində olsa idi, ölüm hadisəsi baş verməzdi:

"Bir neçə gün əvvəl şaxtanın açarını restoran sahiblərindən istədim, vermədilər və məni döydülər. Komendant Samir Məhəmmədov oranı təmizləmək üçün mənə tapşırıq vermişdi. Amma icazə vermədilər. Məni döydülər və bundan sonra polisə şikayət etdik. Daha sonra üzr istədilər, barışdıq. Şaxtanın bizə aid olan hissəsini bağlayıblar, girişə icazə vermirlər. Orada avtomobillərin elektrikdoldurma cihazları üçün generator quraşdırıblar. Yanğın da orada başladı və tüstüdən insanlar zəhərləndilər. Amma düzü, bilmirəm, generator qurğuları o cihazlara qoşulub, ya yox. İki ilə yaxındır, burada çalışıram, amma bir dəfə də olsun, zirzəmiyə daxil ola bilməmişəm”.

Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->