Xəbər lenti

Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edildi
Ölkə09:18 25.01.2024

Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Azərbaycan vətəndaşları Əliyev Xalid Əliağa oğlu, Əliyev Raul Firudin oğlunun Rusiyadan, Rəhimov Anar İlqar oğlunun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib.
Ətraflı
Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.
Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.