Xəbər lenti

Axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda saxlanıldı
Ölkə20:27 01.01.2026

Axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən olunub.
APA-nın yerli bürosu xəbər verir ki, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan RPŞ tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
Məlumatı DİN-in Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.