Xəbər lenti

Ay nə vaxt təzələnəcək?
Ölkə09:34 05.08.2013

Ay nə vaxt təzələnəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.
Onun sözlərinə görə, yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq: “Yeni ayı insanlar avqustun 9-dan nisbətən, 10-da isə tam görə biləcəklər”.
Qaynar.info