Xəbər lenti

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu (FOTO)
Ölkə05:42 22.08.2020

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub. 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.
Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.
Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.
O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.