Xəbər lenti

Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi (FOTO)
Ölkə09:57 24.06.2024

Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.
Qaynarinfo Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, müəllimərdən biri ayağı zədəli halda imtahana qatılıb.
Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.
O, yüksək nəticə göstərərək 51 bal toplayıb.