Xəbər lenti

İdman 10:09 31.08.2022

"Ayaks"dan son 5 mövsümün satış rekordu

Avropanın futbolçu fabriki sayılan "Ayaks” oyunçu satışı üzrə rekord qırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı ulduz Antonini 100 milyon avroya "Mançester Yunayted”ə satmaqla Hollandiya nəhəngi tarixinin ən yüksək satışını həyata keçirib. 

Əfsanəvi məşqçi Rinus Mişelsin 1960-cı illərdə qurduğu sistemlə futbolçu istehsal mərkəzinə çevrilən "Ayaks", son dövrlərdə büdcəsini əhəmiyyətli dərəcədə artırıb. Amsterdam komandası son 5 mövsümdə futbolçu satışından 558 milyon avro qazanıb.

Antonidən əvvəl Franki De Yonq, Mattyis de Lixt, Hakim Ziyeç kimi ulduzları Avropa nəhənglərinə satan Hollandiya təmsilçisi son sözügedən transferlərdən 267 milyon avro xalis qazanc əldə edib. Antonini almaqla 2022-ci ilin rekordunu qıran "Mançester Yunayted" belə "Ayaks" qədər qazanclı olmayıb. 

Bu yay 237 milyon avro xərcləyən "qırmızı şeytanlar" Ser Aleks Ferqyusonun klubla vidalaşmasından sonra 9 mövsümdə transferlərə 1 milyard 600 milyon avro xərcləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->