Xəbər lenti

Ayaqyolunda 24 kq qızıl tapdılar
Ölkə07:05 21.11.2013

Ayaqyolunda 24 kq qızıl tapdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın şərqində hava limanlarından birində təyyarənin ayaqyolunu təmizləyən xadimələr orada 24 kq külçə qızıl tapıblar.

Milli.Az İndia Express-ə istinadən bildirir ki, Kəlküttə şəhərindəki NSCBI beynəlxalq hava limanındakı təyyarələrdən birində aşkarlanmış qızılın ümumi dəyəri 1 milyon dollardan artıqdır.

Qızıl "Jet Airways" aivaşirkətinin təyyarəsində tapılıb.

Polisdən verilən məlumata görə, Taylandın paytaxtı Banqkokdan gəlmiş təyyarədə gizlədilən bu qızılın qaçaqmal yolu ilə Hindistana keçirilmək üçün gizlədildiyi şübhə doğurmur.

Qaynar.info