Xəbər lenti

Ayaz Mütəllibova vəzifə verilir?
Ölkə08:36 08.07.2013

Ayaz Mütəllibova vəzifə verilir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Avropa.info”nun yaydığı məlumata görə, eks-prezident Ayaz Mütəllibova 2 vəzifə təklif olunub. 

Məlumat verən mənbənin  sözlərinə görə, sabiq prezident üçün iki vəzifə gözdən keçirilir: İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri və prezidentin iqtisadi məsələlər üzrə köməkçisi. Qeyd edək ki, hazırda birinci postu Vahid Axundov, ikincini isə Əli Əsədov tutur.

Bir neçə gün əvvəl “Tövbə” cəmiyyətinin sədri, Mütəllibovun yaxın adamı olan Hacı Əbdül də hakimiyyətə müraciət edərək Mütəllibova iqtisadi blokda vəzifə verilməsini xahiş etmişdi. 

Məsələyə aydınlıq gətirmək üçün Ayaz Mütəllibovun köməkçisi Tofiq Əhmədovla əlaqə saxlasaq da  konkret mövqe öyrənə bilmədik. Tofiq Əhmədov bildirdi ki, bu haqda məlumatı yoxdur, açıqlama verə bilməz.