Xəbər lenti

Ayaz Mütəllibovun həyat yoldaşı dəfn edildi (YENİLƏNİB/FOTO)
Ölkə12:22 05.07.2019

Ayaz Mütəllibovun həyat yoldaşı dəfn edildi (YENİLƏNİB/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova dəfn edilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında torpağa tapşırılıb.
Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib.
 
14.45
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.
Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.