
“Bizim yol” qəzetinin əməkdaşı Gülər Mehdizadə Azərbaycan Yazıçılar Birliyini (AYB) məhkəməyə verib. İddia ərizəsinə bu gün Səbayel Rayon Məhkəməsində hakim Rəşad Şamoyevin sədrliyi ilə baxılacaq.
Şikayətə səbəb isə jurnalistin AYB-yə çoxsaylı sorğularına sayğısızlıq nümayiş etdirilməsi olub. Yəni G.Mehdizadə hər dəfə bu quruma müraciət ünvanlayanda istədiyi məlumatı ala bilməyib.
Sonda mətbuata hörmətsizlikdən bezən G.Mehdizadə AYB-ni məhkəməyə verib. İstədiyi də odur ki, məhkəmə bu qurumun üzərinə jurnalistlərin sorğularına vaxtında və dolğun cavab vermək vəzifəsi qoysun. Məhkəmənin yekun qərarı gələn həftə bəlli olacaq./virtualaz.org/