Qazıqulu çayının Tovuz rayonunun Ağdam kəndinin ərazisindən keçən hissəsində Yuxarı Öysüzlü kənd sakini Hümbət Məmmədovun meyiti tapılıb.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.