Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov dəfn edilib.
"Report”un xəbərinə görə, mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.
10.57
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, A.Bəşirov bu gün torpağa tapşırılacaq. Mərhumun yas mərasimi Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov Türkiyədə vəfat edib.