Xəbər lenti

Aydın İbrahimov koronavirusdan dünyasını dəyişdi
Ölkə05:09 03.09.2021

Aydın İbrahimov koronavirusdan dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" futbol klubunun ilk prezidenti Aydın İbrahimov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat yayıb.
Məlumata görə, Aydın İbrahimov koronavirusdan müalicə aldığı "Yeni Klinika"da dünyasını dəyişib.
"Biz ailəliklə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya çempionumuza göstərdikləri diqqətə görə təşəkkür edirik. Siz bizimlə oldunuz və bu xəstəliyin öhdəsindən gələ bilməsi üçün hər şeyi etdiniz”, - deyə N. Məmmədova paylaşımında yazıb.
Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubuna rəhbərlik edib. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!