
“Tağı Əhmədov öz işinin yaxşı təşkilatçısı, ictimai fikirdə müsbət imicdə olan bir insandır. Mətbuata da kifayət qədər açıqdır. Düzdür, mətbuata açıqlamalarında bir özünə məxsusluğu var. Ancaq? heç bir zaman, heç bir sualdan yayınmır. Jurnalistləri maraqlandıran istənilən məsələyə dair açıqlama verməyə hazırdır”.
Qaynar.info xəbər verir ki, bunu azvision.az-a millət vəkili Aydın Mirzəzadə yazıb.
A.Mirzəzadə vurğulayıb ki, Tağı Əhmədov kimi öz işində məsuliyyətli, cəmiyyətə açıq olan insanlara cəmiyyət də diqqətli olmalıdır: