Xəbər lenti

“Aydın yol” qəzeti nəşrini dayandırdı
Ölkə13:01 24.12.2016

“Aydın yol” qəzeti nəşrini dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzeti fəaliyyətini dayandırıb. 
Qaynarinfo.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Mərkəzin dierktoru Afaq Məsud əmr imzalayıb. Qəzet əməkdaşlarının Mərkəzdə işlə təmin olunacağı gözlənilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamıyla yaradılıb. Bu yaxınlarda Prezidentin digər sərəncamı ilə qurum publik hüquqi şəxslərin siyahısına daxil edilib. Mərkəzin həftəlik “Aydın yol” qəzeti 2014-cü ilin sentyabrından nəşr olunurdu.
Qaynarinfo.Az