Xalq artisti Aygün Kazımova ötən gün dünyasını dəyişən İlhamə Quliyevanı ilə bağlı təəssüratlarını bölüşüb.
Qaynar.info big.az-a istinadən xəbər verir ki, Aygün Kazımova dünyadan köçən xalq artistinin ölüm xəbərindən çox sarsılıb. Son günlərdə aralarında yaşanan xoşagəlməz hadisələrə görə təəssüflənən xalq artisti ona halalıq verib:
"İlhamə Quliyevanı həmişəlik itirdik... O, bu gün torpağa tapşırılır və haqq dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq onun ölüm xəbəri mənə çox pis təsir etdi... Vaxt var idi, bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşırdıq... Son yaşananlar kaş ki olmayaydı!!! Haqsızlığa dözümüm yoxdur, neyləyim... Şəhid bacısının fəryadına dözə bilmədim!!! İlhamə Quliyeva bu gün torpağa tapşırılmadan öncə ona halallıq verirəm və inanıram ki, onun eks-köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, halallığını verər, haqq-ədalət bərpa olar, Mehriban da azadlığa çıxar, ailəsinə qovuşar!!! Allah böyükdür. Allah rəhmət eləsin. Bütün günahlarını bağışlasın. O dünyasını versin.
Qaynar.info