Xəbər lenti

Aygündən Nadirə mesaj: "Danışanda səhv buraxma!"
Ölkə12:15 08.11.2013

Aygündən Nadirə mesaj: "Danışanda səhv buraxma!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Nadir Qafarzadə və Faiq Ağayevlə bağlı açıqlama verdi

Bir zamanlar yaxın dost olan Aygün Kazımova və Nadir Qafarzadənin daha sonra bir-birinə düşmən kəsilməsi heç kimə sirr deyil. ANS PRESS-in məlumatına görə, hətta verilişlərin birində Nadir Qafarzadə deyib ki, xalq artisti Aygün Kazımova adını çəkməyi ona qadağan edib. Buna baxmayaraq Nadir Qafarzadə xalq artisti haqqında verilən suala cavab vermək əvəzinə onun qızına xoş münasibətini dilə gətirib.

ANS PRESS-in məlumatına görə, “Pərdə” verilişinin son buraxılışında Aygün Kazımova əlində oyuncaq tutaraq şən əhval-ruhiyyədə Nadir Qafarzadə ilə bağlı sualı oxuya-oxuya cavablandırıb: “Bilmirəm bütün bunlar ürəyimin təmizliyindəndir, ya mənə olan böyük sevgisindən? Amma danışanda səhv buraxma, yaxşı? İstəsə lap konsertimə də gəlsin, səhnəyə də çıxsın, gül versin, kameralar da çəksin. Qurbandı mənim kameralarım ona” - deyərək mesajını göndərib.

Amma Aygün Kazımovanın ismarıcları bununla kifayətlənməyib. O, tez-tez küsüb barışdığı xalq artisti Faiq Ağayevdən də danışıb: “ Bu günlərdə ad günü məclisində idim. Bunu Faiq balaca bir qız üçün təşkil etmişdi. Mən də yarım saat ərzində orda iştirak etdim. Bütün mahnılarımı Faiq üçün oxudum. Faiq mənim yaxın dostumdur, onu çox istəyirəm. Biz illərin sınağından keçən dostlarıq. Bir sözlə Faiq mənim üçün əvəzolunmazdır”.


Qaynar.info