
Ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində respublikanın çaylarında suyun səviyyəsində artım müşahidə olunub, oktyabrın 16-da Pirsaatçay və Ağsuçay çayından qısamüddətli daşqın keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumat görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-300, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-300 faizini təşkil edir.
Oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 180 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edib.Qaynarinfo.Az