Xəbər lenti

Çaylarda daşqın təhlükəsi
Ölkə16:45 22.10.2016

Çaylarda daşqın təhlükəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son yağan güclü yağışlardan sonra çay və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb. Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-270, Kiçik Qafqazın çaylarında 140-320, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 192 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 153 m3/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm azalama müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 177 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 137 m3/s təşkil edərək ongünlük normanın 149 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 14, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 574 sm (2015-ci il oktyabrın 21-də 386 sm), Salyanda 385 sm (2015-ci il oktyabrın 21-də 220 sm), Bankədə 285 sm (2015-ci il oktyabrın 21-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 285 sm (2015-ci il oktyabrın 21-də 84 sm) təşkil edir.

Qaynarinfo.Az